USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Bank of Baku”nun ehtiyatları azalıb

02.08.2023 Bank
16 20
“Bank of Baku”nun (qısaca - BOB) cəmi aktivləri ötən ilin sonu ilə müqayisədə 764 milyon 410 min manat olub. Bu, 2022-ci ilin sonu ilə müqayisədə 63 milyon 179 min manat və ya 9 faiz çoxdur. Bu artımın əsas səbəbi bankın kredit portfelinin 40 milyon 320 min manat artaraq 617 milyon 854 min manata çatmasıdır. Bu da cəmi aktivlərin artımının 63.8 faizini təşkil edib.

Kommersant.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, BOB-un verdiyi istehlak kreditləri 27 milyon 420 min manat artaraq 425 milyon 523 min manata, biznes kreditləri 7 milyon 58 min manat artaraq 162 milyon 258 min manata, daşınmaz əmlak kreditləri isə 5 milyon 323 min manat artaraq 30 milyon 48 min manata yüksəlib. Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatını 1 milyon 204 min manat azaldaraq 61 milyon 794 min manat etdiyi üçün BOB-un xalis kreditləri 556 milyon 59 min manat olub. Bu da ötən ilin sonu ilə müqayisədə 41 milyon 524 min manat çoxdur.