USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Bank of Baku” öhdəliklər cəmini artırıb

02.08.2023 Bank
0 0
“Bank of Baku”nun (qısaca - BOB) depozit portfelinin artması onun öhdəliklər cəminin artmasına da səbəb olub. Belə ki, bankın cəmi öhdəlikləri ötən ilin sonu ilə müqayisədə 85 milyon 662 min manat artaraq 664 milyon 32 min manat təşkil edib. Bu artımda depozit portfelinin payı 87.3 faiz olub.

BOB-un fiziki şəxslərdən topladığı əmanətlər 66 milyon 162 min manat artaraq 396 milyon 181 min manata, hüquqi şəxslərdən topladığı depozitlər isə 8 milyon 617 min manat artaraq 44 milyon 130 min manata çatıb. Nəticədə bankın topladığı depozitlər 440 milyon 311 min manat olub ki, bu da ötən ilin sonu ilə müqayisədə 74 milyon 779 min manat çoxdur.