USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Bank of Baku”nun cəmi kapitalı artıb

02.08.2023 Bank
0 0
“Bank of Baku” (qısaca - BOB) kapital cəmini 6.12 faiz artırıb.

Kommersant.az xəbər verir ki, səhmdar kapitalını dəyişdirməyən BOB-un cəmi kapitalı 7 milyon 518 min manat artaraq 130 milyon 378 min manata yüksəlib. Bunun səbəbi isə bankın bölüşdürülməmiş mənfəətinin 7 milyon 181 min manat artaraq 68 milyon 391 min manata, ümumi ehtiyatlarının isə 336 min manat artaraq 9 milyon 116 min manata çatmasıdır.