USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“AFB Bank”ın öhdəliklər cəmi artıb

02.08.2023 Bank
57 12
“AFB Bank”ın (qısaca - AFB) fiziki şəxslərdən topladığı əmanətlər 18 milyon 666 min manat artaraq 48 milyon 485 min manata yüksəlib.

Kommersant.az xəbər verir ki, AFB-yə depozit yerləşdirən şirkətlər isə bankdakı əmanətlərinin 7 milyon 807 min manatını geri çəkərək depozitlərin həcmini 78 milyon 541 min manata endiriblər. Nəticədə bankın depozit portfeli 10 milyon 859 min manat artaraq 127 milyon 27 min manata yüksəlib. Yekunda bankın cəmi öhdəlikləri ötən ilin sonu ilə müqayisədə 18 milyon 102 min manat artaraq 217 milyon 8 min manata çatıb. Bu artımda depozit portfelinin payı 60 faiz olub.