USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Ziraat Bank”ın aktivlər cəmi artıb

03.08.2023 Bank
0 0
“Ziraat Bank”ın cəmi aktivləri ötən ilin sonu ilə müqayisədə 141 milyon 456 min manat artaraq 670 milyon 355 min manata çatıb.

Kommersant.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu artımda kredit portfelinin payı 21.5 faiz olub. Bankın müştərilərinə verdiyi krditlər 30 milyon 377 min manat artaraq 347 milyon 956 min manata yüksəlib. Bankın verdiyi istehlak kreditləri 1 milyon 158 min manat artaraq 3 milyon 613 min manata, biznes kreditləri 26 milyon 77 min manat artaraq 335 milyon 37 min manata, daşınmaz əmlak kreditləri isə 3 milyon 142 min manat artaraq 9 milyon 305 min manaata yüksəlib.

Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatını 2 milyon 105 min manat azaldaraq 8 milyon 763 min manat etdiyi üçün “Ziraat Bank”ın xalis kreditləri 32 milyon 482 min manat artaraq 339 milyon 193 min manata bərabərləşib.