USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Ziraat Bank”ın öhdəliklər cəmi artıb

03.08.2023 Bank
34 0
“Ziraat Bank”ın depozit portfelinin artması bankın öhdəliklər cəmində də artıma səbəb olub.

Kommersant.az xəbər verir ki, “Ziraat Bank” fiziki şəxslərdən topladığı əmanətlərin həcmi 50 milyon 706 min manat artaraq 174 milyon 385 min manata yüksəlib. Bankın hüquqi şəxslərdən yığdığı depozitlər isə 1 milyon 859 min manat artaraq 278 milyon 575 min manata çatıb. Nəticədə bankın depozit portfeli 452 milyon 962 min manat olub ki, bu da ötən ilin sonu ilə müqayisədə 135 milyon 156 min manat və ya 42.5 faiz çoxdur.

Bankın cəmi öhdəlikləri isə 136 milyon 781 min manat artaraq 559 milyon 239 min manat olub. Bu artımda depozit portfelinin payı 98.8 faiz olub.