“Ziraat Bank” bölüşdürülməmiş mənfəətini 4 milyon 129 min manat artıraraq 38 milyon 835 min manatadək çoxalıb.
Kommersant.az xəbər verir ki, bankın ümumi ehtiyatları isə 546 min manat artaraq 6 milyon 780 min manata yüksəlib. Buna görə də bankın əldə etdiyi cəmi kapital 4 milyon 675 min manat artıb. “Ziraat Bank”ın cəmi kapitalı 111 milyon 115 min manata bərabər olub.