“Ziraat Bank Azərbaycan” 2023-cü ilin ilk yarısında 10 milyon 200 min manat əməliyyat mənfəəti əldə edən bank mümkün zərərlər üçün xüsusi ehtiyatını 6 milyon 71 min manat ayırdığı üçün “Ziraat Bank” 4 milyon 128 min manat mənfəət əldə edib. Əldə etdiyi mənfəətdən vergi ödəməyən bankın xalis mənfəəti ötən ilin eyni rübü ilə müqayisədə 318 min manat artaraq 4 milyon 128 min manat olub.
Kommersant.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, "Ziraat Bank"ın cəmi aktivləri ötən ilin sonu ilə müqayisədə 141 milyon 456 min manat artaraq 670 milyon 355 min manata çatıb. Bu artımda kredit portfelinin payı 21.5 faiz olub. Bankın müştərilərinə verdiyi krditlər 30 milyon 377 min manat artaraq 347 milyon 956 min manata yüksəlib. Bankın verdiyi istehlak kreditləri 1 milyon 158 min manat artaraq 3 milyon 613 min manata, biznes kreditləri 26 milyon 77 min manat artaraq 335 milyon 37 min manata, daşınmaz əmlak kreditləri isə 3 milyon 142 min manat artaraq 9 milyon 305 min manaata yüksəlib.
Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatını 2 milyon 105 min manat azaldaraq 8 milyon 763 min manat etdiyi üçün "Ziraat Bank"ın xalis kreditləri 32 milyon 482 min manat artaraq 339 milyon 193 min manata bərabərləşib.
"Ziraat Bank"ın depozit portfelinin artması bankın öhdəliklər cəmində də artıma səbəb olub. Belə ki, "Ziraat Bank" fiziki şəxslərdən topladığı əmanətlərin həcmi 50 milyon 706 min manat artaraq 174 milyon 385 min manata yüksəlib. Bankın hüquqi şəxslərdən yığdığı depozitlər isə 1 milyon 859 min manat artaraq 278 milyon 575 min manata çatıb. Nəticədə bankın depozit portfeli 452 milyon 962 min manat olub ki, bu da ötən ilin sonu ilə müqayisədə 135 milyon 156 min manat və ya 42.5 faiz çoxdur.
Bankın cəmi öhdəlikləri isə 136 milyon 781 min manat artaraq 559 milyon 239 min manat olub. Bu artımda depozit portfelinin payı 98.8 faiz olub.
"Ziraat Bank" bölüşdürülməmiş mənfəətini 4 milyon 129 min manat artıraraq 38 milyon 835 min manatadək çoxalıb. Bankın ümumi ehtiyatları isə 546 min manat artaraq 6 milyon 780 min manata yüksəlib. Buna görə də bankın əldə etdiyi cəmi kapital 4 milyon 675 min manat artıb. "Ziraat Bank"ın cəmi kapitalı 111 milyon 115 min manata bərabər olub.
ZiraatBank Azərbaycan
2023 (II Rüb)
2022 (IV Rüb)
Fərq
Cəmi Aktivlər
670,355
528,899
141,456
Kredit Portfeli
347,956
317,579
30,377
İstehlak kreditləri
3,613
2,455
1,158
Biznes kreditləri
335,037
308,960
26,077
Daşınmaz əmlak kreditləri
9,305
6,163
3,142
Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat
8,763
10,868
-2,105
Xalis Kreditlər
339,193
306,711
32,482
Cəmi Öhdəliklər
559,239
422,458
136,781
Depozit
452,962
317,806
135,156
Fiziki şəxslərin depozitləri
174,385
123,679
50,706
Hüquqi şəxslərin depozitləri
278,575
276,716
1,859
Cəmi Kapital
111,115
106,440
4,675
Bölüşdürülməmiş mənfəət
38,835
34,706
4,129
Ümumi ehtiyatlar
6,780
6,234
546
"ZiraatBank"ın faiz gəliri ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 milyon 48 min manat artaraq 20 milyon 833 min manata, faiz xərcləri isə 2 milyon 325 min manat artaraq 5 milyon 566 min manata yüksəlib. Nəticədə bank 13 milyon 772 min manat xalis faiz gəliri əldə edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 3 milyon 446 min manat və ya 33.4 faiz çoxdur.
Bankın qeyri-faiz gəliri 610 min manat artaraq 6 milyon 633 min manata, qeyri-faiz xərcləri isə 2 milyon 694 min manat artaraq 10 milyon 205 min manata çatıb.
Buna görə də bankın əməliyyat mənfəəti 1 milyon 362 min manat və ya 15.4 faiz artaraq 10 milyon 200 min manat təşkil edib.
"Ziraat Bank"ın məcmu kapitalı ötən ilin ilk yarısı ilə müqayisədə 9 milyon 54 min amant artaraq 107 milyon 435 min manat olub.
Qeyd edək ki, bankın aktivlərinin gəlirliyi 0.11 faiz azalaraq 0.61 faizə düşüb. Kapitalının gəlirliyi isə 0.14 faiz artaraq 3.71 faizə yüksəlib.