USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Bank Avrasiya” mənfəət əldə edib

03.08.2023 Bank
19 17
“Bank Avrasiya” cari ilin ilk yarımilliyində faiz gəlirini 2 milyon 57 min manat artıraraq 8 milyon 13 min manata, faiz xərclərini isə 816 min manat artıraraq 1 milyon 686 min manata yüksəldib. Buna görə də bank 6 milyon 469 min manat xalis faiz gəliri əldə edib ki, bu da ötən ilin ilk yarımilliyi ilə müqayisədə 2 milyon 297 min manat və ya 55 faiz çoxdur.

Kommersant.az xəbər verir ki, bankın qeyri-faiz gəliri 238 min manat azalaraq 1 milyon 135 min manata düşüb. Buna baxmayaraq “Bank Avrasiya”nın qeyri-faiz xərcləri 713 min manat artaraq 3 milyon 826 min manata bərabərləşib. Nəticədə bankın əməliyyat mənfəəti 1 milyon 345 min manat artaraq 3 milyon 777 min manata çatıb. Bu mənfəətdən 1 milyon 505 min manatını mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyata ayırdığı üçün xalis mənfəəti 2 milyon 272 min manat olub ki, bu da ötən ilin 2-ci rübü ilə müqayisədə 2 milyon 107 min manat çoxdur.

Qeyd edək ki, “Bank Avrasiya” əldə etdiyi mənfəətdən vergi ödəməyib.