Səhmdar kapitalında dəyişiklik etməyən “Bank Avrasiya”nın cəmi kapitalı 2 milyon 219 min manat artıb.
Kommersant.az bankın hesabatına istinadən xəbər verir ki, bununla da “Bank Avrasiya”nın cəmi kapitalı 76 milyon 25 min manat olub ki, bu da ötən ilin sonu ilə müqayisədə 3 faiz çoxdur. Kapital cəminin artmasına əsas səbəb isə bankın bölüşdürülməmiş mənfəətinin 2 milyon 272 min manat artaraq 24 milyon 121 min manat olmasıdır. Bu artıma baxmayaraq bankın ümumi ehtiyatları 54 min manat azalaraq 1 milyon 903 min manata düşüb.