“Bank Avrasiya” 2023-cü ilin ilk rübünə olan hesabatını açıqlayıb. Hesabata görə bankın cəmi aktivləri 17 milyon 996 min manat və ya 8 faiz azalaraq 206 milyon 272 min manata düşüb. Bu azalmanın əsas səbəbi “Bank Avrasiya”nın banklar və digər maliyyə institutlarındakı depozitlərinin həcminin 17 milyon 800 min manat və ya 71.2 faiz azalaraq 7 milyon 200 min manata enməsidir.
Kommersant.az bankın hesabatına istinadən xəbər verir ki, “Bank Avrasiya”nın kredit portfeli ötən ilin sonu ilə müqayisədə 11 milyon 252 min manat artaraq 136 milyon 604 min manata yüksəlib. Bankın istehlak kreditləri 4 milyon 601 min manat artaraq 13 milyon 477 min manata, biznes kreditləri 1 milyon 27 min manata artaraq 67 milyon 927 min manata, daşınmaz əmlak kreditləri isə 5 milyon 628 min manat artaraq 55 milyon 202 min manata yüksəlib.
Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatını 1 milyon 140 min manat artıraraq 16 milyon 555 min manat etdiyi üçün bankın xalis kreditləri 120 milyon 52 min manat olub. Bu da ötən ilin sonu ilə müqayisədə 10 milyon 116 min manat və ya 9.2 faiz çoxdur.
“Bank Avrasiya”nın depozit portfelinin azalması onun öhdəliklər cəminin azalmasına təkan verib. Belə ki, bankın cəmi öhdəlikləri keçən ilin sonu ilə müqayisədə 20 milyon 214 min manat və ya 13.43 faiz azalaraq 130 milyon 247 min manata düşüb. Bu azalmanın əsas səbəbi bankın Kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklərinin 14 milyon 148 min manat və ya 20.4 faiz azalaraq 55 milyon 144 min manata enməsidir.
“Bank Avrasiya”nın depozit portfeli isə 5 milyon 695 min manat və ya 7.14 faiz azalaraq 74 milyon 4 min manaat düşüb. Bu azalmanın tək səbəbi hüquqi şəxslərin bankdakı vəsaitlərini geri çəkməsi olub. Belə ki, fiziki şəxslər bankdakı əmanətlərini 1 milyon 467 min manat artıraraq 68 milyon 538 min manata yüksəldib. Hüquqi şəxslər isə bankdakı pullarının 7 milyon 162 min manatını geri çəkərək sözügedən əmanətləri 5 milyon 466 min manata endiriblər.
Səhmdar kapitalında dəyişiklik etməyən “Bank Avrasiya”nın cəmi kapitalı 2 milyon 219 min manat artıb. Bununla da bankın cəmi kapitalı 76 milyon 25 min manat olub ki, bu da ötən ilin sonu ilə müqayisədə 3 faiz çoxdur. Kapital cəminin artmasına əsas səbəb isə bankın bölüşdürülməmiş mənfəətinin 2 milyon 272 min manat artaraq 24 milyon 121 min manat olmasıdır. Bu artıma baxmayaraq bankın ümumi ehtiyatları 54 min manat azalaraq 1 milyon 903 min manata düşüb.
Bank Avrasiya
2023 (II Rüb)
2022 (IV Rüb)
Fərq
Cəmi Aktivlər
206,272
224.268
-17,996
Kredit portfeli
136,604
125.352
11,252
İstehlak kreditləri
13,477
8.876
4,601
Biznes kreditləri
67,927
66.900
1,027
Daşınmaz əmlak kreditləri
55,202
49.574
5,628
Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat
16,555
15.415
1,140
Xalis Kreditlər
120,052
109.936
10,116
Cəmi Öhdəliklər
130,247
150.461
-20,214
Depozit
74,004
79.699
-5,695
Fiziki şəxslərin depozitləri
68,538
67.071
1,467
Hüquqi şəxslərin depozitləri
5,466
12.628
-7,162
Cəmi Kapital
76,025
73.806
2,219
Səhmdar kapitalı
50,000
50.000
0
Səhmin qiymətinin dəyişməsindən gəlir (zərər)
-
-
-
Bölüşdürülməmiş mənfəət
24,121
21,849
2,272
Ümumi ehtiyatlar
1,903
1,957
-54
Məcmu Kapital
75,327
72,784
2,543
“Bank Avrasiya” cari ilin ilk yarımilliyində faiz gəlirini 2 milyon 57 min manat artıraraq 8 milyon 13 min manata, faiz xərclərini isə 816 min manat artıraraq 1 milyon 686 min manata yüksəldib. Buna görə də bank 6 milyon 469 min manat xalis faiz gəliri əldə edib ki, bu da ötən ilin ilk yarımilliyi ilə müqayisədə 2 milyon 297 min manat və ya 55 faiz çoxdur.
Bankın qeyri-faiz gəliri 238 min manat azalaraq 1 milyon 135 min manata düşüb. Buna baxmayaraq “Bank Avrasiya”nın qeyri-faiz xərcləri 713 min manat artaraq 3 milyon 826 min manata bərabərləşib. Nəticədə bankın əməliyyat mənfəəti 1 milyon 345 min manat artaraq 3 milyon 777 min manata çatıb. Bu mənfəətdən 1 milyon 505 min manatını mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyata ayırdığı üçün xalis mənfəəti 2 milyon 272 min manat olub ki, bu da ötən ilin 2-ci rübü ilə müqayisədə 2 milyon 107 min manat çoxdur.
Qeyd edək ki, “Bank Avrasiya” əldə etdiyi mənfəətdən vergi ödəməyib.
Bankın əldə etdiyi aktivlər cəminin gəlirliyi (ROA) 1.03 faiz artaraq 1.1 faizə, kapitalının gəlirliyi isə (ROE) 2.78 faiz artaraq 3 faizə çatıb.