İtaliya baş nazirinin müavini Matteo Salvini ölkədəki bankların həddindən artıq qazancına qarşı əlavə vergilərin tətbiqini təsdiqlədiyini açıqlayıb. Bu çərçivədə banklara 40 faiz əlavə vergi tətbiq olunacaq.
İtaliya hökuməti bankların yüksək faiz dərəcələrindən əldə etdiyi izafi mənfəətə 40 faiz əlavə vergi tətbiq edəcək.
İtaliya baş nazirinin müavini Matteo Salvini ölkədəki bankların həddindən artıq qazancına qarşı əlavə vergilərin tətbiqini təsdiqlədiyini açıqlayıb.
Bu ilin ilk yarısında bankların qazancının milyardlarla avro təşkil etdiyinə diqqət çəkən Salvini, yüksək faizlər səbəbiylə ev təsərrüfatlarının və müəssisələrin borclanma xərclərinin iki qat artdığını, əmanətçilərə verilən faizlərin isə bu ölçüdə artmadığını bildirib.