USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Beynəlxalq Bank"ın vəziyyəti məlum oldu - HESABAT

16.07.2018 Bank
0 0
Bankın xalis mənfəəti 229 milyon manatı ötüb

"Kommersant" bankın açıqladığı maliyyə hesabtına əsasən xəbər verir ki, bankın faiz gəlirləri 207 milyon 302 min manat, qeyri-gəlirləri 52 milyon 489 min manat, faiz xərcləri 63 milyon 275 min manat, qeyri-faiz xərcləri isə 54 milyon 902 min manat təşkil edib. "Beynəlxalq Bank"ın əməliyyat mənfəəti 141 milyon 624 min manat və xalis mənfəəti isə 229 milyon 792 min manat olub.

Bankın müştərilərə verdiyi kreditin həcmi 1 milyard 675 milyon 969 min manat olub. Bankın cəmi xalis aktivləri 7 milyard 615 milyon 553 min manat təşkil edib. Bankda fiziki şəxslərin tələbli depoziti 386 milyon 694 min manat, hüquqi şəxslərin tələbli depozitləri 2 milyard 430 milyon 629 min manat təşkil edib. Fiziki və hüquqi şəxslərin müddətli depozitlərinin həcmi 974 milyon 57 min manat təşkil edir.