USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiyadan fövqəladə faiz qərarı

15.08.2023 Bank
37 18
Rusiya Mərkəzi Bankı növbədənkənar iclas keçirərək uçot dərəcəsini 8,50%-dən 12%-ə qaldırıb.

Rusiya Mərkəzi Bankı bu gün keçirdiyi növbədənkənar iclasında uçot dərəcəsini 8,50%-dən 12%-ə qaldırıb.

Daxili tələbdəki sabit artımın istehsalı artırmaq imkanlarını aşdığını ifadə edən Bank, açıqlamasında inflyasiya təzyiqlərinin artdığına da diqqət çəkib.

İdxal tələbinin rubl dinamikasına təsir göstərdiyini qeyd edən Rusiya Mərkəzi Bankı, "Rubldakı ucuzlaşmanın qiymətlərə əks olunması sürətlənir və inflyasiya gözləntiləri yüksəlir. Mövcud qiymət artım templəri bu həddə qalsa çatdığı səviyyələrdə 2024-cü ildə hədəfdən yuxarıya doğru sapma riski çox yüksəkdir”.