USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Azərbaycan Sənayə Bankı" bu rübü mənfəətlə başa vurub - HESABAT

16.07.2018 Bank
0 0
Bankın mənfəəti ötən ilin eyni dövrü ilə müqayisdə 2 dəfə azalıb

"Kommersant" xəbər verir ki, sözügedən bankın faiz gəlirləri 12 milyon 268 min manat, qeyri-faiz gəlirləri 3 milyon 293 min manat, faiz xərcləri 6 milyon 399 min manat, qeyri-faiz xərcləri isə 5 milyon 607 min manat təşkil edib. Bankın əməliyyat mənfəəti 3 milyon 555 min manat olub. "Azərbaycan Sənaye Bank"ın mənfəətdən vergilərə 607 min manat ödədikdən sonra xalis mənfəəti 2 milyon 332 min manat olub. Halbuki, sözügedən bankın xalis mənfəəti ötən ilin eyni dövründə 4 milyon 240 min manat olub.

Bank müştərilərinə 268 milyon 170 min manat həcmində kredit verib. Bankın cəmi aktivləri 1 milyard 19 milyon 676 min manat təşkil edir. Bankın depozit portfeli 699 milyon 50 manat və cəmi öhdəlikləri isə 926 milyon 271 min manat təşkil edir. Bankın məcmu kapitalı 84 milyon 797 min manat olub.