USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Çindən faiz endirimi

21.08.2023 Bank
20 18
İqtisadiyyatın dəstəklənməsi səyləri çərçivəsində Çin Xalq Bankı da orta müddətli kredit imtiyazı (MLF) və daimi kredit imkanından (SLF) sonra bir illik əsas kredit faiz dərəcəsini aşağı salıb. Çin Xalq Bankı beş illik faiz dərəcəsini dəyişməyib.

Bir illik əsas kredit faiz dərəcəsi (LPR) 10 baza bəndi azalaraq 3,55 faizdən 3,45 faizə endirilib, beş illik kredit faiz dərəcəsi isə 4,20 faiz səviyyəsində saxlanılıb.

Keçən həftə gözlənilən pis iqtisadi məlumatlardan sonra Çin Xalq Bankı təəccüblü şəkildə 1 illik faiz dərəcəsini (MLF) 15 əsas bənd azaldaraq 2,65 faizdən 2,50 faizə endirib.