USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiyadan faiz artımı siqnalı

01.09.2023 Bank
0 0
“Biz uçot dərəcəsinin daha da artırılması variantını istisna etmirik”, - deyə Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina bildirib.

Rusiya Mərkəzi Bankının prezidenti Elvira Nabiullina faiz dərəcələrinin daha da artırılmasının mümkünlüyünü istisna etmədiyini və inflyasiya faktorlarını izləməyə davam edəcəklərini bildirib.

Rusiya Mərkəzi Bankı avqustun 15-də keçirdiyi fövqəladə iclasında inflyasiyanın artması və rublun məzənnəsinin kəskin ucuzlaşması səbəbindən uçot dərəcəsini 3,5 faiz bəndi artıraraq 12%-ə çatdırıb.

Növbəti iclasda faiz dərəcələrinin aşağı salınmasının mümkün olmadığını bildirən Nabiullina, "İnflyasiya risklərinin artması səbəbindən faizləri artırdıq. 2024-cü ildə inflyasiya hədəfinə qayıtmalıyıq. Faiz dərəcəsini aşağı sala bilərik. qiymətlərdə davamlı eniş müşahidə edirik”.