Almaniya Mərkəzi Bankı (Bundesbank) zəif sənaye və yavaş özəl istehlak səbəbiylə Almaniya iqtisadiyyatının üçüncü rübdə daralması gözlənildiyini bildirib.
Bundesbankın iqtisadiyyatla bağlı sentyabr ayı hesabatı dərc olunub. Hesabatda son iqtisadi məlumatların qısa müddətdə Almaniya iqtisadiyyatı üçün çox da ümid vəd etmədiyi, yay rübündə (iyul-sentyabr) iqtisadiyyatda canlanmanın olmadığı bildirilib.
"Qiymət artımının bir qədər ləngiməsinə, güclü əmək haqqı artımına və əmək bazarındakı yaxşı vəziyyətə baxmayaraq, ev təsərrüfatları hələ də xərclərini məhdudlaşdırır", - deyə Bundesbank hesabatında deyilir.
Bundan əlavə, sənayenin artan zəifliyinin iqtisadi artıma da təzyiq göstərdiyi vurğulanıb.
"Daxil olan sifarişlərin aşağı və davamlı azalması, eləcə də geri qalan sifarişlərin azalması sənaye istehsalına getdikcə əhəmiyyətli dərəcədə təsir edir.
2023-cü ilin üçüncü rübündə Almaniyanın iqtisadi məhsuldarlığının bir qədər daralması gözlənilir", - deyə hesabatda bildirilir.