USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan valyuta ehtiyatlarını 10% artırıb

17.07.2018 Bank
0 0
Azərbaycanın valyuta ehtiyatları bu il iyulun 1-nə 43 548,8 mln. ABŞ dolları təşkil edib.

"Kommersant" xəbər verir ki, bunun 87,34%-i və yaxud 38 036,1 mln. dolları Azərbaycan Dövlət Neft Fondunun (ARDNF), 12,66%-i və yaxud 5 512,7 mln. dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.

Bu ilin II rübündə ölkənin valyuta ehtiyatları 409,1 mln. dollar və yaxud 0,95% artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 404,4 mln. dollar və yaxud 1,07%, AMB-nin valyuta ehtiyatlarında isə 4,7 mln. dollar və yaxud 0,09% artım olub.

Son bir ildə isə ölkənin valyuta ehtiyatları 3 793,8 mln. dollar və yaxud 9,54% artıb. İl ərzində ARDNF-in valyuta ehtiyatlarında 3 245,2 mln. dollar və yaxud 9,33%, AMB-nin valyuta ehtiyatlarında isə 548,6 mln. dollar və yaxud 11,05% artım olub.

ARDNF-in valyuta ehtiyatları (mln. ABŞ dolları) AMB-nin valyuta ehtiyatları (mln. ABŞ dolları) Azərbaycanın valyuta ehtiyatları (mln. ABŞ dolları)
01.07.2018 38 036,1 5 512,7 43 548,8
01.04.2018 37 631,7 5 508,0 43 139,7
01.01.2018 35 806,5 5 334,6 41 141,1
01.10.2017 36 020,0 5 167,5 41 187,5
01.07.2017 34 790,9 4 964,1 39 755,0