“AFB Bank”ın (qısaca - AFB) cəmi öhdəlikləri 27 milyon manat artaraq 225 milyon 906 min manata çatıb.
Kommersant.az xəbər verir ki, AFB-nin Bu artımda əsas pay depozit portfelinin üstünə düşüb. Bankın depozit portfeli 30 milyon manat artaraq 146 milyon 169 min manata yüksəlib. AFB-nin fiziki şəxslərdən topladığı əmanətlər 23 milyon 813 min manat artaraq 53 milyon 632 min manata, hüquqi şəxslərdən topladığı depozitlər isə 6 milyon 189 min manat artaraq 53 milyon 632 min manata bərabərləşib.