USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiya Mərkəzi Bankı faiz dərəcələrini artırıb

27.10.2023 Bank
0 0
Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 200 baza bəndi artıraraq 15 faizə çatdırıb.

Rusiya Mərkəzi Bankından verilən açıqlamada ölkə iqtisadiyyatında inflyasiya təzyiqinin gözləntilərin üzərində yüksək səviyyədə davam etdiyi bildirilib.

Açıqlamada daxili tələbin istehsal gücünü getdikcə üstələdiyi və bunun da qiymət artımına səbəb olduğu, Rusiya rublunun ucuzlaşması və məşğulluq boşluğunun bu tendensiyaya mənfi təsir göstərdiyi bildirilib.

Açıqlamada, 2024-cü ildə inflyasiyanın 4 faizə endirilməsi hədəfinin hələ də qüvvədə olduğu ifadə edilərək, “Rusiya Mərkəzi Bankı siyasət faiz dərəcəsini yüzdə 15-ə yüksəltməyə qərar verdi” deyilib.

Açıqlamada inflyasiyanın hədəf səviyyəsinə çatması üçün əlavə faiz artımları da daxil olmaqla sərt maliyyə siyasəti tətbiqləri müddətinin uzadılacağı bildirilib.

Açıqlamada ilin sonuna inflyasiya proqnozunun 7-7,5 faizə qədər yeniləndiyi, 2023-cü il üçün artım proqnozunun isə 1,5-2,5 faizdən 2,2-2,7 faizə endirildiyi bildirilib.