ABŞ Federal Ehtiyat Sistemi bazarın gözləntilərinə uyğun olaraq siyasət faizini dəyişməyərək, 22 ilin ən yüksək səviyyəsi olan 5,25-5,50 faiz səviyyəsində sabit saxlayıb. Bank inflyasiyanın yavaşlamasını qorumaq üçün sonradan artırma ehtimalına qapını açıq qoysa da, Fed-dən gələn mesajlara bazarın ilk reaksiyası 'müsbət' olub.
ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) noyabr faiz qərarını açıqlayıb. Buna görə, bank siyasət faizini 22 ilin ən yüksək səviyyəsi olan yüzdə 5,25-5,50 arasında buraxdı. Bazar gözləntisi FED-in bu görüşdə faiz dərəcəsinə toxunmayacağı idi.
Qərarın 12 üzv tərəfindən yekdilliklə qəbul edildiyi bildirilib. Rəsmilər son iqtisadi fəallığı güclü kimi xarakterizə edərək, uzunmüddətli faiz dərəcələrində artımın iqtisadi fəaliyyətə necə təzyiq göstərə biləcəyini vurğulayıblar:
"Üçüncü rübdə iqtisadi aktivlik güclü templə genişlənib".
FED-in sentyabr toplantısından sonra müşahidə etdiyi "güclü fəaliyyət tempində" artım mənasını verən bu açıqlama, ABŞ-ın ümumi daxili məhsulunun üçüncü rübdə illik 4,9% artdığını göstərən son məlumatlardan sonra gəlir.
Fed-in son açıqlamasında, məşğulluq artımlarının hələ də "güclü" olduğu və inflyasiyanın hələ də "yüksək" olduğu və mərkəzi bankın "inflyasiyanı 2%-ə qaytarmaq üçün uyğun ola biləcək əlavə siyasət sərtləşdirməsinin əhatəsini" qiymətləndirməyə davam etdiyi ifadə edilib.
Açıqlamada, FED-in "pul siyasətinin iqtisadi fəaliyyətə və inflyasiyaya təsirindəki gecikmələri, eləcə də iqtisadi və maliyyə inkişaflarını" qəbul edərək, gələcək addımları nəzərdən keçirərkən keçmiş faiz artımlarının inkişaf edən təsirlərini izləməyə davam etdiyi bildirilir.