Deutsche Bank 2023-cü ildə zəif çıxış edən Türkiyə istiqrazlarının 2024-cü ildə ən cəlbedici istiqrazlar olacağını proqnozlaşdırıb.
Deutsche Bank-a görə, TL ilə ifadə edilən istiqrazlar 2024-cü ilin ən yaxşı investisiyası ola bilər. Kristian Wietoskanın başçılıq etdiyi analitiklər, "Struktur olaraq yüksəlişli mövqeyə qayıtmaq üçün hələ bir neçə ay var. TL istiqrazlar üçün 200-400 baza bəndi qiymət aralığı olacaq. Bundan sonra bu istiqrazlar dəyər təklif edəcək”.
TL-də ucuzlaşma daha mərhələli ola bilər
Analitiklər bildirirlər ki, inflyasiya təzyiqləri, yüksək həcmli istiqrazların buraxılması və faiz dərəcəsinin ən azı 500 baza bəndi artırılması ilin sonuna qədər istiqrazların daha da ucuzlaşmasına səbəb olacaq: “Yüksək inflyasiya TL-nin nominal ucuzlaşmasının qaçılmaz olması deməkdir, lakin biz bu ucuzlaşmanın gələn il və ondan sonra daha mərhələli olacağını gözləyirik”, - deyə o bildirib.