USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sberbank Rusiyada başlayan "İslam bankçılığı sınaq prosesi"nə qatılıb

16.11.2023 Bank
0 0
Bildirilib ki, İslam bankçılığının ölkədə başlayan sınaq prosesində Rusiyanın ən böyük bankı olan Sberbank iştirak edib.

Rusiya Mərkəzi Bankı tərəfindən edilən yazılı açıqlamada Sberbankın iştirak bankçılığı olaraq da bilinən İslami bankçılığın sınaq prosesinə qatıldığı bildirilib.

Ölkədə islam bankçılığının sınaq məqsədilə istifadəsinə icazə verən və sentyabrın 1-dən qüvvəyə minən qanunla Rusiyanın Tatarıstan, Dağıstan, Çeçenistan və Başqırdıstan bölgələrində İslam bankçılığının “qanuni sınaq müddəti” başlayıb.

Qanuna görə, sınaq müddəti 2025-ci il sentyabrın 1-dək davam edəcək və Rusiya Bankı prosesin həyata keçirildiyi regionların siyahısını genişləndirmək səlahiyyətinə malik olacaq.

Sınaq prosesində iştirak edəcək qurumlar iştirak bankçılığı üçün əməliyyatlar edərkən faiz ödənişlərini təyin edə bilməyəcək, tütün və spirtli içkilərin istehsalı, silah və sursat kimi məhsulların ticarəti ilə bağlı fəaliyyətləri maliyyələşdirə bilməyəcək.