Çin Mərkəzi Bankının siyasət faizini sabit saxlamaq qərarından sonra ölkədə kredit faizləri dəyişməsə də, bank tərs repo əməliyyatları ilə bazara qaynar pul köçürməyə davam edib.
Çin Xalq Bankı (PBoC) tərəfindən edilən açıqlamada, 7 gün vadeli 1,8 faizlə tərs repo əməliyyatları vasitəsilə bazara 460 milyard yuan (64,53 milyard dollar) transfer edildiyi bildirilib. Açıqlamada qeyd olunub ki, əməliyyatlar bank sistemində likvidliyi adekvat səviyyədə saxlamaq məqsədi daşıyır.
Əks repo əməliyyatlarında bank qiymətli kağızları daha sonra satmaq üçün almaqla bazara nağd pul təqdim edir.
PBoC noyabrın 15-də 1 illik faiz dərəcəsini (siyasət dərəcəsini) sabit saxlasa da, Orta Müddətli Kredit Mexanizmi (MLF) və əks repo əməliyyatları vasitəsilə bazara külli miqdarda pul köçürüb.
Bankdan edilən şərhdə, MLF ilə 1 trilyon 450 milyard yuan (203,4 milyard dollar) yüzdə 2,5 faizlə 1 il vadeli, 495 milyard yuan (69,44 milyard dollar) isə 1,8 faizlə 7 gün vadeli banklara köçürülüb.
Bankın faiz qərarından sonra bu həftənin əvvəlində açıqlanan 1 və 5 illik kredit faiz dərəcələri (göstərici faiz) sabit qaldığı halda, ötən həftəki əks repo əməliyyatlarının ödəmə müddəti çatdıqda oxşar məbləğlərdə təkrarlandığı müşahidə edilib.
Bankın bu addımı hökumətin daşınmaz əmlak sektorunun azalması və yerli özünüidarəetmə orqanlarının borclanma probleminin yaratdığı artım təzyiqinə qarşı real iqtisadiyyatı stimullaşdıran pul siyasətinə üz tutmasının əlaməti kimi qiymətləndirilir.