ABŞ-ın investisiya banklarından olan Goldman Sachs, Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) faiz artımı qərarından sonra yenidən qiymətləndirdiyi türk bankları üçün hədəf qiymətlərini yeniləyib.
Goldman Sachs-ın hesabatında, TCMB-nin siyasət faizi olan bir həftəlik repo hərrac faiz dərəcəsini 23 Noyabrda 500 baz bənd artıraraq 40 faizə yüksəltməsi, faiz artımı dövriyyəsini tezliklə bitirəcəyinə işarədir.
Bildirilib ki, Goldman Sachs iqtisadçıları, TCMB-nin dekabr toplantısında siyasət faizini daha 250 bənd artıracağını və faiz artımı dövrünü 42,50 faizlə tamamlayacağını proqnozlaşdırmağa davam edir.