Rusiya Mərkəzi Bankı 2024-cü ilin yanvar ayından etibarən Milli Rifah Fondu ilə əlaqədar daxili bazarda valyuta əməliyyatlarına yenidən başlayacağını açıqlayıb.
Rusiya Mərkəzi Bankından verilən yazılı açıqlamada, 2024-cü ilin yanvar ayından etibarən daxili bazarda valyuta bazarında əməliyyatların davam edəcəyi bildirilib.
Açıqlamada bildirilib ki, valyuta əməliyyatları Milli Rifah Fonduna yönəldiləcək:
“Valyuta bazarında aparılan əməliyyatlar Milli Rifah Fonduna daxilolmalara və fondun xərclənməsinə yönəldiləcək”.
Rusiya Mərkəzi Bankı rublun ucuzlaşması ilə əlaqədar avqustun 10-da valyuta alışını dayandırıb.
Rusiyanın büdcə qaydalarına görə, neft və təbii qaz gəlirləri azaldıqda Milli Rifah Fondundan valyuta satılır, gəlirlər artdıqda isə xarici valyuta alınır.