Maliyyə Sabitliyi Şurası (FSB) İtaliyada yerləşən UniCredit-i qlobal sistem əhəmiyyətli banklar siyahısından çıxarıb.
Maliyyə Sabitliyi Şurası (FSB) Bank Nəzarəti üzrə Bazel Komitəsi (BCBS) və milli hakimiyyət orqanları ilə məsləhətləşmələr nəticəsində qlobal sistem əhəmiyyətli bankların siyahısını dərc edib.
Bank sektorundakı dəyişiklikləri əks etdirmək üçün yenilənən siyahıya əsasən, İtaliya mərkəzli UniCredit builki siyahıdan çıxarılıb.
İsveçrədə yerləşən Credit Suisse həddən aşağı düşərək siyahıdan çıxarılarkən, Çin Rabitə Bankı həddi aşaraq siyahıya daxil olub.
Belə ki, ötən il 30 olan siyahıdakı bankların ümumi sayı bu il 29-a düşüb.
Bundan əlavə, İsveçrədə fəaliyyət göstərən UBS və Çin bankları China Construction Bank və Agricultural Bank siyahıda yuxarı qalxıb.