Dünya Bankının Türkiyə üzrə Direktoru Humberto Lopez, Türkiyədə elektrik enerjisinin nəqli sahəsində 750 milyon dollara çata biləcək yeni bir maliyyə əməliyyatı üçün hazırlıqlara başladıqlarını söyləyib.
Lopez Birləşmiş Millətlər Təşkilatının İqlim üzrə Çərçivə Konvensiyasının 28-ci Tərəflər Konfransı (COP28) çərçivəsində Dünya Bankının təşkil etdiyi “Xalis Sıfır Emissiya üçün Yeni Məqsədlər: Türkiyənin Günəş, Külək və Ağıllı Şəbəkələrlə Transformasiyası” adlı paneldə çıxış edib.
Lopez bildirib ki, bu sadəcə mücərrəd öhdəlik deyil, Türkiyənin iqlim dəyişikliyi ilə mübarizə aparmaq istədiyi anlamına gəlir.
Türkiyənin dekarbonizasiyaya kömək edəcək praqmatik bir plan hazırladığına diqqət çəkən Lopez, Türkiyənin 12 illik müddətdə bərpa olunan enerjinin quraşdırılmış gücünü 3 dəfə artıracağını açıqlayıb.
Sözügedən proqramın istehsalı, ötürülməsi və paylanması nəzərə alındıqda 12 il ərzində təxminən 100 milyard dollara başa gələcəyinə diqqət çəkən Lopez, bunun 60-75 milyard dollarlıq bir istehsal, 10 milyard dollarlıq bir ötürmə və 10 milyard dollarlıq bir yayımı əhatə edəcəyini ifadə etdi.
Lopez Türkiyənin hazırkı Ümumi Daxili Məhsulunun (ÜDM) yüzdə 10-u civarında olacaq bir plan hazırladığını və bunun inkişaf etməkdə olan dünyada bərpa olunan enerji quraşdırması üçün hazırlanan ən böyük proqramlardan biri olduğunu vurğulayıb.