"Bank of Baku" İcra şöbəsinin hüquqşünası (Bakı və regionlar üzrə) vəzifəsi üzrə vakansiya elan edir
Əsas vəzifə və öhdəliklər
Şöbəyə daxil olan sənədlərin ilkin ekspertizası
İcraatda olan işlərin reyestrinin aparılması, işlərin müvafiq qaydada təhvili
Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icraya yönəldilməsi
İcra işləri üzrə bazanın yaradılması/işlənməsi
İcra məmurları ilə əməkdaşlıq edərək qərarların icra olunmasının təşkili
Seçim meyarları
Ali hüquqi təhsil
Azərbaycan dili üzrə əla bacarıqlar
MS Word və Excel proqramları ilə orta səviyyədə işləmə bacarığı
Analitik və yaradıcı düşüncə tərzi
Sürücülük vəsiqəsi
İş şərtləri
İş yeri: Bakı, Sumqayıt, Gəncə, Xaçmaz, Lənkəran, Şəki, Şirvan
İş vaxtı: 5 iş günü, 09.00-18.00