Yanvarın 6-da axşam saatlarında “Azəricard” prosessinq mərkəzinin xidmət göstərdiyi bankların bankomatlarından, POS terminallarından və mobil proqramlarından istifadə zamanı müşahidə olunan texniki nasazlıqlar aradan qaldırılıb.
Qeyd edək ki, ötən gecə “Azəricard”ın xidmət göstərdiyi bankların bankomatlarından və mobil proqramlarından istifadə zamanı bəzi problemlər yaranıb (23 bankdan 13-nə xidmət göstərilir).
Trend-in sorğusuna cavab olaraq, "Rabitəbank" texniki problemlərin aradan qaldırılması ilə bağlı məlumatı təsdiqləyib.