USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dövlət bankı mənfəət əldə edib

12.01.2024 Bank
0 0
“Azərbaycan Beynəlxalq Bankı”nın faiz gəliri 197 milyon 32 min manat artaraq 779 milyon 916 manata, faiz xərcləri isə 43 milyon 191 min manat artaraq 134 milyon 947 min manata çatıb. Buna görə də bankın xalis faiz gəliri 637 milyon 556 min manat olub ki, bu da ötən ilin sonu ilə müqayisədə 153 milyon 640 min manat çoxdur.

Kommersant.az xəbər verir ki, qeyri-faiz gəlirini 44 milyon 513 min manat artıraraq 241 milyon 868 min manata, qeyri-faiz xərcləri isə 102 milyon 581 min manat artaraq 395 milyon 534 min manata yüksəlib. Buna görə də bankın əldə etdiyi əməliyyat mənfəəti 2022-ci ilin son rübü ilə müqayisədə 95 milyon 672 min manat artaraq 483 milyon 890 min manat olub.

Dövlət bankının xalis mənfəəti 67 milyon 890 min manat artaraq 322 milyon 269 min manat olub.