“Azərbaycan Beynəlxalq Bankı” (ABB) 2023-cü ilin son rübünə olan hesabatını açıqlayıb. Hesabata görə dövlət bankının aktivlər cəmi 370 milyon 645 min manat və ya 2.64 faiz azalaraq 13 milyard 668 milyon 241 min manata enib. Bu azalmanın əsas səbəbi isə ticarət və investisiya qiymətli kağızların 755 milyon 362 min manat və ya 24.84 faiz azalaraq 2 milyard 284 milyon 852 min manata enməsidir. Bundan başqa ABB-nin banklar və digər maliyyə institutlarındakı depozitlərinin həcmi də 1 milyard 394 milyon 81 min manat və ya 43.02 faiz azalaraq 1 milyard 845 milyon 788 min manata düşüb.
Kommersant.az xəbər verir ki, bankın kredit portfelinin artması dövlət bankının aktivlərinin azalmasının qarşısını aka bilməyib. Çünki, ABB-nin kredit portfeli 1 milyard 518 milyon 198 min manat arta bilib. Bu artında isə əsas pay biznes kreditlərinin üstünə düşüb. Belə ki, bankın biznes kreditləri 866 milyon 678 min manat və ya 52.91 faiz artaraq 2 milyard 504 milyon 615 min manata yüsəlib. İstehlak kreditləri 397 milyon 412 min manat artaraq 1 milyard 370 milyon 120 min manata, ipoteka kreditləri isə 254 milyon 100 min manat artaraq 1 milyard 174 milyon 36 min manata çatıb.
Mümkün zərərlər üçün yaradılmış məqsədli ehtiyatını 71 milyon 851 min manat artıraraq 364 milyon 692 min manata bərabərləşib. Buna görə də dövlət bankının xalis kreditləri 2023-cü ilin sonunda 4 milyard 684 milyon 78 min manat olub ki, bu da ötən ilin sonu ilə müqayisədə 1 milyard 446 milyon 337 min manat və ya 44.67 faiz çoxdur.
Müştərilərin dövlət bankına üz çevirməsi onun öhdəliklər cəminə mənfi təsir göstərib. Belə ki, ABB-də hüquqi şəxslərin əmanətləri 1 il ərzində 1 milyard 473 milyon 280 min manat azalaraq 7 milyard 241 milyon 992 min manata düşüb. Fiziki şəxslərin əmanətləri isə 247 milyon 115 min manat artaraq 2 milyard 154 milyon 193 min manata yüksəlib. Nəticədə bankın depozit portfelində 1 milyard 226 milyon 166 min manat və ya 11.54 faiz azalaraq 9 milyard 396 milyon 185 min manata düşüb.
Kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklərini 476 milyon 783 min manat artırdığına görə dövlət bankının öhdəliklər cəmi 547 milyon 941 min manat və ya 4.41 faiz azalaraq 11 milyard 858 milyon 24 min manata enib.
Bölüşdürülməmiş mənfəəti ötən ilin son rübü ilə müqayisədə 165 milyon 670 min manat artıran “Azərbaycan Beynəlxalq Bankı”nın cəmi kapitalında artım olub. Belə ki, sözügedən mənfəətdən başqa bank ümumi ehtiyatlarını da 11 milyon 627 min manat artıraraq 207 milyon 716 min manata yüksəldib. Nəticədə ABB-nin cəmi kapitalı 177 milyon 296 min manat və ya 10.85 faiz artaraq 1 milyard 810 217 min manat olub.
Azərbaycan Beynəlxalq Bankı
2023 (IV Rüb)
2022 (IV Rüb)
Fərq
Cəmi Aktivlər
13.668,241
14.038,886
-370,645
Kredit
5.048,771
3.530,582
1.518,189
İstehlak kreditləri
1.370,120
972,708
397,412
Biznes kreditləri
2.504,615
1.637,937
866,678
Daşınmaz əmlak kreditləri
1.174,036
919.936
254,100
Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat
364.692
292.841
71,851
Xalis Kreditlər
4.684,078
3.237,741
1.446,337
Cəmi Öhdəliklər
11.858,024
12.405,965
-547,941
Depozit
9.396,185
10.622,351
-1.226,166
Fiziki şəxslərin depozitləri
2.154,193
1.907,078
247,115
Hüquqi şəxslərin depozitləri
7.241,992
8.715,272
-1.473,280
Cəmi Kapital
1.810,217
1.632,921
177,296
Səhmdar kapitalı
1.225,647
1.225,647
0
Bölüşdürülməmiş mənfəət
376,853
211.183
165,670
Ümumi ehtiyatlar
207.716
196.089
11,627
“Azərbaycan Beynəlxalq Bankı”nın faiz gəliri 197 milyon 32 min manat artaraq 779 milyon 916 manata, faiz xərcləri isə 43 milyon 191 min manat artaraq 134 milyon 947 min manata çatıb. Buna görə də bankın xalis faiz gəliri 637 milyon 556 min manat olub ki, bu da ötən ilin sonu ilə müqayisədə 153 milyon 640 min manat çoxdur.
Qeyri-faiz gəlirini 44 milyon 513 min manat artıraraq 241 milyon 868 min manata, qeyri-faiz xərcləri isə 102 milyon 581 min manat artaraq 395 milyon 534 min manata yüksəlib. Buna görə də bankın əldə etdiyi əməliyyat mənfəəti 2022-ci ilin son rübü ilə müqayisədə 95 milyon 672 min manat artaraq 483 milyon 890 min manat olub.
Dövlət bankının xalis mənfəəti 67 milyon 890 min manat artaraq 322 milyon 269 min manat olub.
Qeyd edək ki, ABB-nin məcmu kapitalı 1 milyard 570 milyon 50 min manat olub ki, bu da ötən ilin sonu ilə müqayisədə 184 milyon 945 min manat çoxdur.