USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Rabitəbank”ın kredit portfeli - ARTIB

15.01.2024 Bank
0 0
“Rabitəbank”ın aktivlər cəmi 2022-ci ilin son rübü ilə müqayisədə 183 milyon 550 min manat artaraq 1 milyard 138 milyon 450 min manata yüksəlib.

Kommersant.az xəbər verir ki, bu artımda əsas pay bankın müştərilərinə verdiyi kreditlərin həcmininn artmasıdır. Belə ki, “Rabitəbank”ın müştərilərinə verdiyi kreditlə 110 milyon 282 min manat artaraq 721 milyon 159 min manata çatıb. Bankın müştərilərinə verdiyi istehlak kreditləri 34 milyon 29 min manat artaraq 239 milyon 634 min manata, biznes kreditləri 40 milyon 1 min manat artaraq 345 milyon 405 min manata, ipoteka kreditləri isə 36 milyon 252 min manat artaraq 136 milyon 120 min manata bərabərləşib.

“Rabitəbank”ın mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatını 8 milyon 284 min manat azaldaraq 15 milyon 566 min manata endirməsi nəticəsində bankın müştərilərinə verdiyi xalis kreditlər 118 milyon 565 min manat artaraq 705 milyon 592 min manat olub.