“Rabitəbank” 2022-ci ilin sonuna olan hesabatını açıqlayıb. Hesabata görə bankın 2023-cü ili müsbət göstəricilərlə başa vurub.
Kommersant.az xəbər verir ki, bankın aktivlər cəmi 2022-ci ilin son rübü ilə müqayisədə 183 milyon 550 min manat artaraq 1 milyard 138 milyon 450 min manata yüksəlib. Bu artımda əsas pay bankın müştərilərinə verdiyi kreditlərin həcmininn artmasıdır. Belə ki, “Rabitəbank”ın müştərilərinə verdiyi kreditlə 110 milyon 282 min manat artaraq 721 milyon 159 min manata çatıb. Bankın müştərilərinə verdiyi istehlak kreditləri 34 milyon 29 min manat artaraq 239 milyon 634 min manata, biznes kreditləri 40 milyon 1 min manat artaraq 345 milyon 405 min manata, ipoteka kreditləri isə 36 milyon 252 min manat artaraq 136 milyon 120 min manata bərabərləşib.
“Rabitəbank”ın mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatını 8 milyon 284 min manat azaldaraq 15 milyon 566 min manata endirməsi nəticəsində bankın müştərilərinə verdiyi xalis kreditlər 118 milyon 565 min manat artaraq 705 milyon 592 min manat olub.
“Rabitəbank”ın cəmi öhdəlikləri 178 milyon 704 min manat artaraq 1 milyard 22 milyon 98 min manata yüksəlib. Bu artımda 82.15 faiz pay depozit portfelinin üstünə düşüb. Bankın fiziki şəxslərdən topladığı əmanətlər 129 milyon 354 min manat artaraq 445 milyon 386 min manata çatıb. Bundan başqa bankın hüquqi şəxslərdən topladığı əmanətlər 18 milyon 466 min manat artaraq 308 milyon 438 min manata bərabərləşib. Nəticədə bankın müştərilərindən topladığı əmanətlər 2022-ci ilin sonu ilə müqayisədə 146 milyon 820 min manat və ya 24.18 faiz artaraq 753 milyon 824 min manata çatıb.
Səhmdar kapitalını dəyişdirməyən “Rabitəbank”ın kapital cəmi cuzi artıb. Belə ki, 2022-ci ilin eyni dövrü ilə müqayisədə bankın cəmi kapitalı 4 milyon 756 min manat və ya 4.26 faiz artaraq 116 milyon 352 min manata bərabərləşib.
Bankın bölüşdürülməmiş mənfəəti 3 milyon 61 min manat artaraq 3 milyon 920 min manata, ümumi ehtiyatları isə 1 milyon 694 min manat artaraq 11 milyon 131 min manata bərabərləşib.
Rabitəbank
2022 (IV Rüb)
2021 (IV Rüb)
Fərq
Cəmi Aktivlər
1.138,450
954.900
183.550
Bloklaşdırılmış nağd vəsait
101.387
122.363
-20.976
Kredit
721.159
610.877
110.282
İstehlak kreditləri
239.634
205.605
34.029
Biznes kreditləri
345.405
305.404
40.001
Daşınmaz əmlak kreditləri
136.120
99.868
36.252
Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat
15.566
23.850
-8.284
Xalis Kreditlər
705.592
587.027
118.565
Cəmi Öhdəliklər
1.022,098
843.394
178.704
Depozit
753,824
607.004
146.820
Fiziki şəxslərin depozitləri
445.386
317.032
129.354
Hüquqi şəxslərin depozitləri
308.438
289.972
18.466
Cəmi Kapital
116.352
111.596
4.756
Səhmdar kapitalı
101.300
101.300
0
Səhmin qiymətinin dəyişməsindən gəlir (zərər)
0
0
0
Bölüşdürülməmiş mənfəət
3.920
859
3.061
Ümumi ehtiyatlar
11.131
9.437
1.694
“Rabitəbank”ın xalis mənfəəti 2022- ci ilin sonu ilə müqayisədə 1 milyon 880 min manat və ya 16.81 faiz artaraq 13 milyon 61 min manata çatıb.
Bankın faiz gəliri 22 milyon 703 min manat artaraq 91 milyon 123 min manata, faiz xərcləri isə 10 milyon 961 min manat artaraq 30 milyon 684 min manata bərabərləşib. Nəticədə “Rabitəbank”ın xallis faiz gəliri 60 milyon 439 min manat olub ki, bu da 2022-ci ilin sonu ilə müqayisədə 11 milyon 743 min manat çoxdur.
Bankın qeyri-faiz gəliri 2 milyon 790 min manat artaraq 51 milyon 592 min manata, qeyri-faiz xərcləri isə 10 milyon 896 min manat artaraq 87 milyon 769 min manata çatıb. Buna görə də bank 24 milyon 262 min manay əməliyyat mənfəəti əldə edib ki, bu da 2022-ci ilin sonu ilə müqayisədə 3 milyon 637 min manat çoxdur.
“Rabitəbank”ın xalis mənfəəti isə 1 milyon 880 min manat artaraq 13 milyon 61 min manata yüksəlib.
Qeyd edək ki, bankın məcmu kapitalı da 3 milyon 379 min manat artaraq 112 milyon 419 min manata bərabərləşib.