USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Gilan"ın bankının vəziyyəti məlum oldu - HESABAT

19.07.2018 Bank
0 0
Bank, 2018-ci ilin birinci yarısını mənfəətlə başa vurub.

"Kommersant" AFB Bankın açıqladığı maliyyə göstəricilərinə əsasən xəbər verir ki, bankın 2018-ci ilin birinci yarısına olan faiz gəlirləri 18 milyon 950 min manat, qeyri-faiz gəlirləri 4 milyon 990 min manat, faiz xərcləri 1 milyon 613 min manat, qeyri-faiz xərcləri isə 9 milyon 435 min manat təşkil edib. Bankın əməliyyat mənfəəti 12 milyon 892 min manat olub. Bank 2018-ci ilin birinci yarısını 5 milyon 330 min manat mənfəətlə başa vurub. Qeyd edək ki, bank mənfəətdən vergi ödəməyib.

Bankın 2018 ci ilin ilk iki rübündə müştərilərə verdiyi kreditin həcmi 224 milyon 768 min manat, cəmi depozitləri isə 317 milyon 119 min manat təşkil edib. Bankın cəmi aktivləri 522 milyon 782 min manat, cəmi öhdəlikləri isə 450 milyon 777 min manat təşkil edib.