USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“ExpressBank”ın kredit portfeli artıb

22.01.2024 Bank
0 0
“ExpressBank”ın aktivlər cəmi 2022-ci ilin son rübü ilə müqayisədə 28.21 faiz artaraq 560 milyon 228 min manata yüksəlib. Bu artımda əsas pay bankın müştərilərinə verdiyi kreditlərin artması olub. 1 il ərzində artan cəmi aktivlərdə kredit portfelinin payı 90.99 faiz olub.

Kommersant.az xəbər verir ki, istehlak kreditləri 38 milyon 993 min manat artaraq 198 milyon 362 min manata, biznes kreditləri 17 milyon 548 min manata artaraq 113 milyon 393 min manata, ipoteka kreditləri isə 64 milyon 628 min manat artaraq 106 milyon 498 min manata yüksəlib. Nəticədə bankın müştərilərinə verdiyi kreditlərin həcmi 2022-ci ilin 4-cü rübü ilə müqayisədə 37.75 faiz və ya 112 milyon 169 min manat artaraq 409 milyon 253 min manata çatıb. Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatını 457 min manat azaltdığı üçün “ExpressBank”ın xalis kreditləri 404 milyon 254 min manat təşkil edib ki, bu da 2022-ci ilin yekunu ilə müqayisədə 112 milyon 626 min manat çoxdur.