ABŞ Federal Ehtiyat Sistemi (FED) Silikon Vadisi Bankının (SVB) iflasından sonra bankları dəstəkləmək üçün yaradılan kredit proqramının martın 11-də dayandırılacağını açıqlayıb.
ABŞ Federal Ehtiyat Sistemi (FED) Bank Müddətli Maliyyələşdirmə Proqramının (BTFP) yeni kreditlərin verilməsini dayandıracağını açıqlayıb.
Açıqlamada proqramın planlaşdırıldığı kimi martın 11-də başa çatacağı, sözügedən tarixə qədər proqram çərçivəsində kreditlərin verilməsinin davam etdiriləcəyi bildirilib.
Açıqlamada xatırladılıb ki, proqram ötən il bank sisteminin sabitliyini təmin edib və iqtisadiyyatı dəstəkləyib.
FED-in açıqlamasında, qeyd olunan tarixdən sonra bankların və digər depozitar təşkilatların likvidlik ehtiyaclarını qarşılamaq üçün endirim pəncərəsinə daxil olmağa davam edəcəyi bildirilib.
ABŞ-da riskli kreditlərdən yaranan ciddi itkilər nəticəsində ötən ilin mart ayında bəzi mühüm banklar iflas həddinə gəlib.