Səhmdar kapitalını dəyişdirməyən “Ziraat Bank”ın bölüşdürülməmiş mənfəəti 8 milyon 513 min manat artaraq 43 milyon 219 min manata bərabər olub.
Kommersant.az xəbər verir ki, Türkiyənin dövlət bankı ümumi ehtiyatlarını 2 milyon 22 min manat artıraraq 8 milyon 256 min manata çatdırıb. Nəticədə bankın kapital cəmi 10 milyon 536 min manat artaraq 116 milyon 976 min manata yüksəlib.