“Ziraat Bank Azərbaycan” 2023-cü ilin son rübünə olan hesabatını açıqlayıb. Hesabata görə sözügedən bankın xalis mənfəəti 12.60 faiz artıb.
Kommersant.az xəbər verir ki, “Ziraat Bank Azərbaycan”ın aktivlər cəmi 107 milyon 785 min manat artaraq 636 milyon 684 min manata yüksəlib. Bu artımda 68.06 faiz kredit portfelinin üstünə düşüb. Bankın verdiyi istehlak kreditləri 302 min manat artaraq 2 milyon 757 min manata, biznes kreditləri 66 milyon 518 min manat artaraq 375 milyon 478 min manata, ipoteka kreditləri 6 milyon 542 min manat artaraq 12 milyon 705 min manata yüksəlib. Nəticədə bankın kredit portfeli 390 milyon 942 min manat olub ki, bu da 2022-ci ilin sonu ilə müqayisədə 73 milyon 363 min manat və ya 23.10 faiz çoxdur.
Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatını 369 min manat azaldaraq 10 milyon 499 min manata endirən “Ziraat Bank Azərbaycan”ın xalis kreditləri 73 milyon 731 min manat artaraq 380 milyon 442 min manata yüksəlib.
“Ziraat Bank Azərbaycan”ın depozit portfelinin 29.45 faiz artması bankın öhdəliklər cəminə də təsir göstərib.
Bankın fiziki şəxslərdən topladığı əmanətlər 47 milyon 988 min manat artaraq 171 milyon 667 min manata, hüquqi şəxslərin əmanətləri 45 milyon 626 min manat artaraq 239 milyon 752 min manata yüksəlib. Nəticədə bankın depozit portfeli 411 milyon 422 min manat olub. Bu da 2022-ci ilin sonu ilə müqayisədə 93 milyon 616 min manat çoxdur.
Səhmdar kapitalını dəyişdirməyən “Ziraat Bank”ın bölüşdürülməmiş mənfəəti 8 milyon 513 min manat artaraq 43 milyon 219 min manata bərabər olub. Türkiyənin dövlət bankı ümumi ehtiyatlarını 2 milyon 22 min manat artıraraq 8 milyon 256 min manata çatdırıb. Nəticədə bankın kapital cəmi 10 milyon 536 min manat artaraq 116 milyon 976 min manata yüksəlib.
ZiraatBank Azərbaycan
2023 (IV Rüb)
2022 (IV Rüb)
Fərq
Cəmi Aktivlər
636.684
528.899
107.785
Kredit Portfeli
390.942
317.579
73.363
İstehlak kreditləri
2.757
2.455
302
Biznes kreditləri
375.478
308.960
66.518
Daşınmaz əmlak kreditləri
12.705
6.163
6.542
Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat
10.499
10.868
-369
Xalis Kreditlər
380.442
306.711
73.731
Cəmi Öhdəliklər
519.708
422.458
97.250
Depozit
411.422
317.806
93.616
Fiziki şəxslərin depozitləri
171.667
123.679
47.988
Hüquqi şəxslərin depozitləri
239.752
194.126
45.626
Cəmi Kapital
116.976
106.440
10.536
Səhmdar kapitalı
50.000
50.000
0
Səhmin qiymətinin dəyişməsindən gəlir (zərər)
-
-
-
Bölüşdürülməmiş mənfəət
43.219
34.706
8.513
Ümumi ehtiyatlar
8.256
6.234
2.022
“Ziraat Bank Azərbaycan”ın faiz gəliri 11 milyon 296 min manat artaraq 42 milon 792 min manata, faiz xərcləri 5 milyon 233 min manat artaraq 12 milyon 333 min manata yüksəlib. Buna görə də bankın xalis faiz gəliri 7 milyon 920 min manata yüksəlib.
Bankın qeyri-faiz gəliri 1 milyon 965 min manat artaraq 15 milyon 144 min manata, qeyri-faiz xərcləri 3 milyon 987 min manat artaraq 20 milyon 680 min manata çatıb. Nəticədə “Ziraat Bank Azərbaycan”ın əməliyyat mənfəəti 5 milyon 987 min manat artaraq 24 milyon 923 min manata yüksəlib.
Bankın xalis mənfəəti 953 min manat artaraq 8 milyon 512 min manata yüksəlib.
Qeyd edək ki, “Ziraat Bank Azərbaycan”ın məcmu kapitalı 111 milyon 601 min manat olub ki, bu da 2022-ci ilin sonu ilə müqayisədə 9 milyon 208 min manat çoxdur.