USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiya bankları 2023-cü ildə 3,3 trilyon rubl xalis mənfəət əldə edib

30.01.2024 Bank
0 0
Bildirilib ki, Rusiya bankları 2023-cü ildə 3,3 trilyon rubl (təxminən 38 milyard dollar) rekord xalis mənfəət əldə ediblər.

Rusiya Mərkəzi Bankının dərc etdiyi hesabatda Rusiya bank sektorunun qiymətləndirmələri yer alıb.

Hesabatda Rusiya banklarının ötən il yenidən əsas gəlir axını təmin edə bildiyi, ehtiyat xərclərinin azaldığı və müəyyən dövrlərdə rublun ucuzlaşmasının banklara “birdəfəlik” müsbət töhfə verdiyi bildirilib.

Hesabatda ölkədəki bankların ötən il 3,3 trilyon rubl xalis mənfəət əldə etdiyi ifadə edilərək, "Nəticələr 2022-ci ilin zəif performansından ayrı düşünülməməlidir" ifadəsi işlədilib.

Rusiya banklarının xalis mənfəəti sanksiyalar səbəbindən 2022-ci ildə əvvəlki illə müqayisədə 2,4 trilyon rubldan 202 milyard rubla qədər azalıb.

Hesabatda qeyd olunub ki, banklarda xarici valyutada olan əmanətlərin cəmi əmanətlərdə xüsusi çəkisi əvvəlki ayla müqayisədə 0,4 bənd azalaraq 2023-cü ilin dekabr ayında 8,4 faizə düşüb.