USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Bank of Baku" maliyyə hesabatını açıqladı - MƏNFƏƏT

20.07.2018 Bank
1 0
Bank 2018-ci ilin ilk yarısını mənfəətlə başa vurub

"Kommersant" bankın açıqladığı maliyyə hesabatına əsasən xəbər verir ki, "Bank of Baku"nun 2018-ci ilin birinci yarımilində faiz gəlirləri 20 milyon 834 min manat, qeyri-faiz gəlirləri 1 milyon 490 min manat, faiz xərcləri 7 milyon 778 min manat, qeyri-faiz xərcləri isə 37 milyon 744 min manat təşkil edib. Bank mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyyata 25 milyon 12 min manat vəsait ayırıb. Bank ümümilkdə 2018-ci ilin birinci yarısını 1 milyon 814 min manat xalis mənfəətlə başa vurub.

Bank, 2018-ci ilin 30 iyun hesabatına əsasən müştərilərinə 186 milyon 497 min manat həcmində kredit verib. Bankın cəmi aktivlərinin həcmi 299 milyon 459 min manat, cəmi öhdəlikləri isə 261 milyon 712 min manat təşkil edir. "Bank of Baku"nun depozit portfeli 166 milyon 72 min manat olub. Bankın məcmu kapitalı 24 milyon 359 min manat təşkil edir.