USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Fitch 24 Türkiyə bankının reytinqini aşağı saldı

21.07.2018 Bank
0 0
Kredit reytinqi təşkilatı "Fitch Ratings 24 Türkiyə bankının xarici valyutada defolt reytinqini aşağı salıb.

Həmçinin Fitch, 12 bankın maliyyə gücü reytinqini də endirib.

"Kommersant" xəbər verir ki, təşkilat 13 İyunda Türkiyənin kredit reytinqini "BB+"dan BB səviyyəsinə endirmiş, proqnozunu "sabit"dən "mənfi"yə dəyişmişdi.

"Bankaların reytinqinin aşağı salınması, artan riskləri, likvidlik və maliyyələşmə profilini əks etdirir",- Fitch-dən bildirilib.

Xarici kapitallı bankların reytinqi, ölkə reytinqinin bir təsiri olatraq "BBB-"dən "BB"yə endirilib. Dövlət banklarının reytinqi isə eyni əsaslarla "BB+"dən "BB"yə endirilib.