"Kommersant" "Yapı Kredi Bank Azərərbaycan"ın 2018-ci ilin birinci yarımilinə olan hesabatına əsasən xəbər verir ki, bankın faiz gəlirləri 16 milyon 926 min manat, qeyri-faiz gəlirləri 8 milyon 493 min manat, faiz xərcləri 2 milyon 692 min manat, qeyri-faiz xərcləri isə 15 milyon 91 min manat təşkil edib. Bankın əməliyyat mənfəəti 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 13% azalaraq 7 milyon 637 min manat olub. "YapıKredi Bank Azərbaycan"ın xalis mənfəəti 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə azalaraq 1 milyon 400 min manat təşkil edib. Bank mənfəətdən vergilərə 609 min manat ödəyib.
"YapıKredi Bank Azərbaycan" müştərilərə verdiyi kreditin həcmi ötən illə müqayisədə 14 milyon azalaraq 161 milyon manat təşkil edib. Bankın depozit portfeli 19% azalıb. Beləki, bankın, ötən ilin ilk yarısında depozit portfeli 379 milyon manat olduğu halda bu il bu rəqəm 307 milyon 239 min manat olub.
Bundan başqa sözügedən bankın aktivləri kəskin azalaraq 406 milyon 825 min manat təşkil edib. Halbuki, bu rəqəm ötən ilin müvafiq dövründə 517 milyon 989 min manat olub. Bankın öhdəlikləri isə 332 milyon 467 min manat təşkil edir.
Bankın 2018-ci ilin birinci yarısında məcmu kapitalı 65 milyon 750 min manat təşkil edir.