USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Depozit hərracında tələb təklifi 2,5 dəfə üstələyib

23.07.2018 Bank
0 0
Bu gün Mərkəzi Bank (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirilib.

AMB-dən "Kommersant"a verilən xəbərə görə, hərracda tələb 877,58 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 8,01% təşkil edib.

Bununla da depozit hərracında tələb təklifi 2,5 dəfə üstələyib.

Qeyd edək ki, bugünkü depozit hərracında 350 mln. manat vəsaitin cəlbi nəzərdə tutulmuşdu.