Rusiyanın ən böyük bankı Sberbank, birinci rübdə xalis mənfəətinin 11,3 faiz artaraq 397,4 milyard rubla (4,32 milyard dollar) çatdığını açıqlayıb.
Sberbank 2023-cü ildə əvvəlki illə müqayisədə beş dəfədən çox artımla 1,5 trilyon rubl rekord mənfəət əldə edib. Sberbenk bu həftə rekord illik 8 milyard dollardan çox dividend ödəməyi planlaşdırdığını açıqladı.
Sberbank dövlətə məxsusdur və bu dividendlər Rusiyanın büdcə gəlirlərinə mühüm töhfə verir.
"Biz ilin əvvəlində pərakəndə müştərilərin vəsaitlərində güclü artım müşahidə edirik (2,4 faiz), bu, gələcəkdə biznesin inkişafı üçün möhkəm zəmin yaradır", - deyə baş direktor German Qref açıqlamasında bildirib.