USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Deutsche Bank-dan dollar proqnozu

21.05.2024 Bank
0 0
Deutsche Bank Global Valyuta Tədqiqatının rəhbəri Corc Saravelos əlamətdar dollar proqnozu verib. Sarvelos, dollarla bağlı yüksəliş gözləntilərini ilin ikinci yarısına daşıdıqlarını ifadə edib.

Alman bank nəhəngi Deutsche Bank, ABŞ-ın istiqraz faizlərinin digər inkişaf etmiş ölkələrdən daha yüksək olaraq qalacağı təqdirdə ABŞ-ın faiz dərəcələrindəki endirmələrin valyutaya məhdud təsir göstərəcəyini irəli sürərək, dollarla bağlı artım gözləntilərini ilin ikinci yarısına daşıyıb.

Bankın valyuta araşdırmaları üzrə qlobal rəhbəri Corc Saravelos qeydində qeyd edib ki, "Dollar inkişaf etmiş dünyada ikinci ən yüksək gəlirli valyuta olaraq qalacaq, bu, tarixən portfel axınını dəstəkləyib".

ABŞ valyutası bu il indiyə qədər bütün G-10 valyutalarını üstələyərək Bloomberg Dollar Spot İndeksini təxminən 3 faiz qaldırdığı üçün bazarlar Fed-in və ABŞ-ın iqtisadi dayanıqlığını sərt şəkildə yenidən qiymətləndirib.

Bloomberg HT-də yer alan xəbərə görə, Saravelos qeydində əlavə edib ki, ABŞ iqtisadiyyatında gözlənilməz zəifləmə və ya Tramp administrasiyasının zəif dollar siyasəti lehinə mümkün bir mövqe tutması onun nəzəri üçün ən böyük risklər yaradacaq.

Digər tərəfdən, İsveçrə frankı və İsveç kronasında da eniş trendi görən Saravelos, ECB-nin FED-dən 5 ay əvvəl, gələn ay faiz endiriminə başlayacağını qeyd edib.