USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Commerzbank Rusiyadakı aktivlərini köçürəcək

21.06.2024 Bank
0 0
Rusiyada məhkəmə “Commerzbank”ın 94,9 milyon avro dəyərində aktivlərinin kompensasiya kimi “Qazprom”un törəmə şirkəti RusHimAlyansa verilməsi barədə qərar qəbul edib.

St. “RusHimAlyans” şirkətinin “Commerzbank”a qarşı qaldırdığı işdə Sankt-Peterburq və Leninqrad vilayətinin Arbitraj Məhkəməsi “Commerzbank”ın 94,9 milyon avro dəyərində aktivlərinin təzminat kimi “RusHimAlyans”a verilməsinə qərar verib.

Mayın 18-də məhkəmə Commerzbank-a məxsus 93,7 milyon avro dəyərində aktivlərə qarşı müvəqqəti qadağa qoyub.

Commerzbank Almaniyanın Linde şirkəti ilə birlikdə Rusiyada qurulacaq təbii qaz emalı obyektinin tikintisi ilə bağlı sanksiyalara görə ləğv edilən müqavilənin təminatçıları arasında olub.

Layihədə iştirak edən “RusHimAlyans” sanksiyaları əsas gətirərək öhdəliklərini yerinə yetirməyən bankı məhkəməyə verib.