USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

FED-dən 4 böyük bankın mümkün iflas proqnozu

22.06.2024 Bank
0 0
ABŞ Federal Ehtiyat Sistemi (FED) və ABŞ Federal Əmanətlərin Sığortalanması Korporasiyası (FDIC) Bank of America, Citigroup, Goldman Sachs və JPMorgan Chase banklarının mümkün müflisləşmə ilə bağlı hazırladıqları planlarda zəifliklərin aşkar edildiyini bildirib.

FED və FDIC maliyyə çətinliyi və ya çökmə vəziyyətində 8 böyük bankın müflisləşməsinin nizamlı şəkildə həlli strategiyasını müəyyən edən "qətnamə planları"na baxışın nəticələrini açıqlayıb.

Açıqlamada Bank of America, Citigroup, Goldman Sachs və JPMorgan Chase-in planlarında “zəif tərəflərin” aşkar edildiyi bildirilib.

Wells Fargo, Bank of New York Mellon, State Street və Morgan Stanley tərəfindən təqdim edilən planlarda heç bir zəiflik aşkar edilmədiyi paylaşıldı.

Qeyd edilib ki, sözügedən 8 banka onların strategiya və imkanlarının davamlı olaraq təkmilləşdirilməsi istiqamətləri göstərilməklə əks məktublar göndərilib və qeyd olunan çatışmazlıqlar 2025-ci il iyulun 1-dək aradan qaldırılmalıdır.