USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ-ın böyük bankları 'stress testindən' keçdi

27.06.2024 Bank
0 0
ABŞ Federal Ehtiyat Sistemi (FED) stress testinə məruz qoyduğu bankların ciddi tənəzzüldən çıxmaq üçün yaxşı vəziyyətdə olduğunu bildirdi.

ABŞ Federal Ehtiyat Sistemi (FED) Bank of America, Citigroup, Goldman Sachs, JPMorgan Chase, Morgan Stanley və Wells Fargo kimi 31 böyük ABŞ bankının məruz qaldığı illik stress testinin nəticələrini açıqlayıb.

Bankın açıqlamasında deyilir ki, iri banklar ciddi tənəzzülün öhdəsindən gəlmək və minimum kapital tələblərindən yuxarı qalmaq üçün yaxşı mövqedədirlər, baxmayaraq ki, ötən ilki sınaqla müqayisədə daha böyük itkilərə məruz qalacaqlar.

Açıqlamada, builki stress testində fərziyyələrə əsaslanan ssenarilərin kommersiya daşınmaz əmlak qiymətlərində 40 faiz azalma, boş ofislərdə əhəmiyyətli artım və mənzil qiymətlərində 36 faiz azalma ilə ciddi qlobal tənəzzülün daxil olduğu bildirilib. ssenaridə işsizlik nisbətinin yüzdə 10 zirvəsinə çatdığı və buna uyğun olaraq iqtisadi istehsalın azalacağı proqnozlaşdırıldığı qeyd edilib.

Açıqlamada, ötən illə müqayisədə ssenarilərdə heç bir dəyişiklik olmasa da, builki sınaq nəticəsində daha böyük kapital azalmasının bankların korporativ kredit portfellərinin daha riskli olması, kredit kartlarının artması ilə bağlı olduğu deyilib.

Mövzu ilə bağlı FED-in Nəzarət üzrə sədr müavini Michael Barr, builki stress testinin böyük bankların yüksək stresli ssenariyə tab gətirmək və minimum kapital əmsallarını yerinə yetirmək üçün kifayət qədər kapitala malik olduğunu göstərdiyini bildirib.